Bestbooks FAQ

Sınaq müddətində hansı funksiyalar açıqdır?

14 günlük sınaq müddəti ərzində Bestbooks-un bütün funksiyaları tam aktiv olur. Azərbaycanda fərdi sahibkarlar, KOB-lar və mühasibat xidməti şirkətləri sınaq müddətində aşağıdakı əməliyyatları real biznes məlumatları ilə həyata keçirə bilər:

E-qaimə idarəetməsi

Gələn və göndərilən e-qaimələr platformada tam idarə olunur

Bank və kassa ödənişləri

Bütün daxil olan və çıxan ödənişlər real vaxtda izlənilir

Anbar idarəetməsi

Mal daxil/çıxış, ehtiyat qalıqları, çox anbarlı uçot

Maya dəyərinin hesablanması

Hər məhsul və xidmət üzrə maya dəyəri avtomatik hesablanır

ƏDV əvəzləşməsi

ƏDV bəyannaməsi avtomatik formalaşır

Maliyyə hesabatları

Balans, gəlir-zərər, pul vəsaitləri hesabatları bir klikdə

Alış və satış müqavilələri

Müqavilələrin uçotu və idarəetməsi platformada aparılır

Əsas vəsaitlər və qeyri-maddi aktivlər

Aktivlər üzrə əməliyyatlar və amortizasiya uçotu

Məzənnə fərqi

Xarici valyutada əməliyyatlar üzrə məzənnə fərqinin avtomatik hesablanması

Ayın bağlanması

Hesabat dövrünün bağlanması və yekun balansın formalaşdırılması

Heç bir mühasibatlıq biliyi olmadan Bestbooks-u özünüz sınayın. 14 gün tamamilə pulsuzdur.

Sınaq müddəti bitdikdən sonra nə olur?

14 gün bitdikdən sonra biznesinizin ölçüsünə uyğun plan seçirsiz - Start, Pro və ya Premium. Planlar arasında keçid istənilən vaxt mümkündür.

Sınaq zamanı daxil etdiyiniz bütün məlumatlar saxlanılır. Seçdiyiniz plana keçdikdən dərhal sonra işə davam edirsiz, yenidən başlamaq lazım deyil.

Sınaq müddəti ilə bağlı tez-tez verilən suallar

Sınaq müddəti üçün kredit kartı lazımdır mı?

Xeyr. Bestbooks-un 14 günlük pulsuz sınaq müddətini başlatmaq üçün kredit kartı tələb olunmur, heç bir maliyyə öhdəliyi yaranmır.

Sınaq müddətini uzatmaq mümkündürmü?

Sınaq müddəti ilə bağlı əlavə suallarınız varsa, komandamızla əlaqə saxlaya bilərsiniz. Sizə ən uyğun həlli birlikdə müəyyən edərik.

Bir neçə şirkəti sınaq müddətində əlavə etmək olarmı?

Hər şirkət üçün ayrıca 14 günlük sınaq müddəti başlayır. Bir neçə şirkəti idarə edirsinizsə, Pro və ya Premium planı daha uyğun ola bilər.

Cədvəllərlə vidalaşın. Bestbooks-a keçin

Minlərlə biznes Bestbooks ilə maliyyəsini sadələşdirir. Başlamaq cəmi bir dəqiqə çəkir.

Pulsuz sına
bestbook