Bestbooks hansı bizneslər üçün uyğundur?
Bestbooks ticarət və xidmət sahəsində fəaliyyət göstərən kiçik və orta bizneslər, fərdi sahibkarlar və mühasibat xidməti göstərən şirkətlər üçün uyğundur. Platforma e-qaimələrin idarə edilməsi, bank və kassa ödənişləri, anbar uçotu, maya dəyərinin hesablanması və ƏDV əvəzləşməsi kimi əsas mühasibat əməliyyatlarını bir yerdə həll edir. Azərbaycan vergi qanunvericiliyinə tam uyğun hazırlanmışdır
Kiçik və orta bizneslər (KOB)
Azərbaycanda ticarət və xidmət sahəsində fəaliyyət göstərən KOB-lar üçün ideal seçimdir. Anbar uçotu, e-qaimələrin idarə edilməsi, bank və kassa ödənişlərinin uçotu, maya dəyərinin hesablanması, ƏDV əvəzləşməsi - bütün əsas mühasibat əməliyyatları vahid platformada həll olunur. Platforma DVX ilə inteqrasiya olunduğundan vergi hesabatları avtomatik formalaşır, istifadəçi eyni məlumatı iki dəfə daxil etmir.
Biznesiniz üçün başlayınFərdi sahibkarlar
Azərbaycanda fərdi sahibkar kimi qeydiyyatda olan şəxslər üçün sadələşdirilmiş interfeys mövcuddur. Gəlir-xərc uçotu, e-qaimələrin göndərilməsi və qəbulu, bank ödənişlərinin izlənməsi, sadə vergi hesabatları - mühasib tutmadan özünüz idarə edə bilərsiniz. Sistem Azərbaycan vergi qanunvericiliyinə tam uyğun olduğundan bəyannamə vermək prosesi əhəmiyyətli dərəcədə sadələşir.
Müştərilərinizi idarə edinMühasibat xidməti şirkətləri
Bir neçə müştəriyə eyni anda xidmət göstərən mühasib və outsourcing şirkətləri üçün xüsusi imkanlar mövcuddur. Hər müştəri üçün ayrıca profil, ayrıca hesabat - vahid platformadan idarə olunur. E-qaimələrin idarə edilməsi, ƏDV əvəzləşməsi, bank və kassa ödənişlərinin uçotu hər müştəri üzrə ayrıca aparılır. Müştəri sayı artdıqca iş yükü artmır, yalnız profil sayı artır.
Sınamağa başlayınHeç bir mühasibatlıq biliyi olmadan Bestbooks-u özünüz sınayın. 14 gün tamamilə pulsuzdur.
Hansı sektor üçün uyğundur?
Bestbooks xüsusi bir sektora deyil, geniş sektor sahələrinə xidmət edir. Azərbaycanda aşağıdaki sektorlarda fəaliyyət göstərən bizneslər Bestbook-dan uğurla istifadə edə bilər:
Pərakəndə ticarət
Mağaza, market, onlayn satış
Topdansatış
Anbar, alış-satış, debitor uçotu
Restoran və kafe
Gündəlik əməliyyat uçotu
İT və texnologiya
Xidmət fakturası, müqavilə uçotu
Biznes və professional xidmətlər
Hüquq, konsaltinq, reklam, HR
Təhsil
Kurs mərkəzi, tədris müəssisəsi
Avtomobil xidməti
Servis, ehtiyat hissə satışı
Turizm və qonaqpərvərlik
Hotel, turagentlik, tədbirlər
SaaS və ya On-Premise - hansını seçməli?
Bestbooks iki formatda təqdim edilir - hər ikisi eyni funksionallığa malikdir:
SaaS (bulud)
Quraşdırma olmadan brauzerdan istifadə. KOB və fərdi sahibkarlar üçün tövsiyə olunur.
On-Premise
Öz serverinizdə qurulur. Məlumatlarını buludda saxlamaq istəməyən şirkətlər üçün uyğundur.
Cədvəllərlə vidalaşın. Bestbooks-a keçin
Minlərlə biznes Bestbooks ilə maliyyəsini sadələşdirir. Başlamaq cəmi bir dəqiqə çəkir.
Pulsuz sına
